«Waze» Naviqasiya Xidməti dünya üzrə ən uzun tıxacların olduğu şəhərlərin reytinqini müəyyənləşdirib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, siyahıda birinci yeri Kolumbiyanın Vilyavisensio şəhəri tutub.
Siyahıbın ilk yerlərində London, Cakarta, Milan və Qüds də yer alıb. «İlk 20»liyə düşənlər arasında ABŞ-ın beş şəhəri var.
«Waze» xidməti sayəsində həm sərnişinlər, həm də sürücülər mobil telefonları vasitəsilə tıxacda qaldıqları vaxt barədə məlumat verə bilirlər.
«Google» şirkəti «Waze»i 2013-cü ildə 1 milyard dollara satın alıb və «Google Maps»da onun xidmətlərindən geniş istifadə edir.