FİFA prezidenti Yozef Blatter 3 ay müddətinə vəzifəsindən kənarlaşdırılıb. Bu barədə məlumatı FİFA rəhbərinin müşaviri Klaus Ştelker verib. “Prezident Blatter 90 gün vəzifəsinin icrasından kənarlaşdırıldı. Bildiyimiz yalnız budur”, deyə o bildirib.
Xatırladaq ki, sentyabrın 24-də İsveçrə prokurorluğu Y.Blatterə qarşı cinayət işi açıb.