Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qəza baş verib. “VAZ” markalı avtomobilin yolun kənarında dəmir məhəccərə çırpılması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.