ABŞ-da göyərtəsində 147 sərnişin olan Airbus 320 tipli sərnişin təyyarəsinin kapitan pilotu uçuş zamanı bilinməyən səbəblərdən dünyasını dəyişib. Əsas pilotun ölümündən sonra sükan arxasına keçən köməkçi pilot, təcili uçuş icazəsi istəyib və təyyarənin istiqamətini dəyişərək ən yaxın yerə, Syracuse Hava Limanına eniş etməyi bacarıb. Təyyarənin Phonenixdən Bostona istiqamət aldığı bildirilir.
azadliq.info