Rusiyanın intensivləşdirdiyi hava hücumları fonunda, Əsəd qüvvələri də quru əməliyyatlarına başlayıb. Bu haqda Həmanın şimalında yerləşən Azad Suriya Ordusunun komandiri Əhməd Cabir məlumat verib. Cabir, Rus təyyarələrinin səhər saatlarında başladığı hava hücumlarına, Əsəd qüvvələrinin də qurudan dəstək verdiyini bildirib. Cabir, hazırda şiddətli qarşıdurmanın davam etdiyini, hökümət qüvvələrinin qismən irəlilədiyini açıqlayıb.
azadliq.info