“Türkiyənin hava sahəsi NATO-nun hava sahəsidir”
Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiyanın Rusiyanın Suriyada başladığı hava zərbələrinə, eyni zamanda Rusiyanın Türkiyə hava məkanını pozmasına münasibət bildirib. Davudoğlu Rusiyanın hazırda İŞİD-i yox, sivil Suriya müxalifətini hədəf aldığını açıqlayıb.
“Əsas məsuliyyət BMT Təhlükəsizlik Şurasının üzərindədir”
Davudoğlu Rusiyanın əsas hədəfinin bəyan etdiyi kimi İŞİD yox, sivil Suriya müxalifəti olduğunu deyib. Rusiyanın Suriyayada həyata keçirdiyi hava əməliyyatlarında 57 hava zərbəsinin 55-nin sivil müxalifətə qarşı istifadə olunduğunu bildirən Davudoğlu, Suriya böhranın ölkə böhranı olmaqdan çıxıb, regional xarakter aldığını vurğulayıb. Davudoğlu eyni zamanda, böhranın ciddi xarakter almasında əsas məsuliyyətin BMT Təhlükəsizlik Şurasınn üzərinə düşdüyünü də açıqlayıb. Əslində, Davudoğlu BMT Təhlükəsizlik Şurasını deyil, ad çəkməsə də Rusiyanı ittiham edib. Çünki Təhlükəsizlik Şurasının üzvü olan Rusiya, Suriya ilə bağlı qərarların qəbul olunması zamanı bütün hallarda veto hüququndan istifadə edib. Bu da böhranın dərinləşməsində və uzanmasında ciddi rol oynayıb.
“Rusiya Türkiyənin hava sərhəddinə hörmət etməlidir”
Davudoğlu Rusiyanı Türkiyənin hava sərhədlərinə hörmət etməyə çağırıb:
“Suriyadakı böhran Türk-Rus böhranı deyil, olmamalıdır. Bunun Rusiya-NATO böhranına çevrilməsini də istəmirik. NATO-nun açıqlamasına görə də, Türkiyənin hava sahəsi NATO-nun hava sahəsidir”.
Davudoğlu Rusiyanın görüş təklifinə də münasdibət bildirib. O, görüşün Ankarada gerçəkləşəcəyi təqdirdə, buna hazır olduqlarını bildirib.
azadliq.info