Yəməndə baş nazir başda olmaqla hökumət üzvlərinin oturduğu “Əl-Qəsr” mehmanxanası minaatanlardan atəşə tutulub. Dünən baş verən terakt zamanı baş nazir Xalid Bahah da binada olub.
“Əl-Ərəbiyə”nin məlumatına görə, hadisədən dərhal sonra mehmanxananın ətrafında bir neçə partlayış baş verib. Partlayışlar zamanı 20-dək dinc sakin həyatını itirib.
“Əl-Cəzirə” binadakı hökumət rəhbərlərinin təxliyyə olunduğu və gizli bir yerə aparıldığı barədə məlumat yayıb.
Birləşmiş Ərəb Əmirliyi hücumu pisləyərək məsuliyyətin husilərin və ölkənin 2011-ci ildə devrilmiş prezidenti Ənvər Qaraqaşın üzərinə düşdüyünü bəyan edib.
Qeyd edək ki, artıq bir ilə yaxındır Yəməndə hərbi münaqişə gedir. Bu ilin martından Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənə hava zərbələri endirir. Koalisiya şiə qiyamçılarına – husilərə qarşı savaşır və ölkənin qanuni prezidenti Mansur Hadini müdafiə edir.
Husilər isə Hadi prezident postundan gedənə qədər mübarizəni davam etdirəcəklərini bildirirlər.ÿ
Partlayışlarla bağlı bütün şübhələr husilərin üzərinə yönəlsə də, dünən axşam saatlarında bunun belə olmadığı üzə çıxıb. Hadisəyə görə məsuliyyəti IŞID qruplaşması üzərinə götürüb.
BMT-nin hesablamalarına görə, son aylarda Yəməndə 4500 nəfər ölüb, minlərlə insan yaralanıb. Ölənlərin təxminən yarısı dinc sakinlərdir.
Gültəkin