Əvvəla onu deyim ki, vaxtımı bəzi xəstə təfəkkürlü, nadan adamlara sərf edib onların nifrin dolu təhqirlərinə cavab vermək fikirində deyildim. Ağılı başında olan hər kəs kimi, mən də bu qənaətdəyəm ki, təhqir hücum üçün də, müdafiə üçün də eyni dərəcədə yolverilməzdi. Bu mənada, kimisə təhqir etmək, aşağılamaq, şübhəsiz ki, heç kimə baş ucalığı gətirmir; Nə qədər alçaq, satqın və etik ünsiyyət normalarını tapdayan adam olsa da – hətta bu, Razi Nurullayev adlı siyasi distrofik olsa belə, – təhqirdən-söyüşdən vaz keçmək lazımdır. Şəxsən mən, heç vaxt kimisə təhqir etmək fikirində olmamışam, hərçənd danmıram: bəli, məni sifariş-fərmayişlə təhqir edib söyənlərə ikiqat cavab vermişəm. Eləcə də, haqqı dananlara, ədaləti görməzdən gələnlərə, açıq-aşkar ləyaqətsizlik nümayiş etdirənlərə və bundan hər-hansı bir günahsız insanın, ya toplumun qüruruna zərbə vurmaq sevdasında olanlara həmişə bacardığım səviyyədə SÖZ şilləsi vurmağa çalışmışam.
Doğrusu, Milli Şuranı, ən əsası da AXCP və onun sədrini mümkün qədər neytrallaşdırmaq, nüfuzlu bir partiyanın fəaliyyətinə kölgə salmaq üçün “toy toxlusu” kimi ortaya atılmış “Razi projesi” o qədər qurama və iyrəncdir ki, bu məsələyə ciddi şəkildə baş qoşmaq, məntiqlə münasibət bildirmək özü gülüş doğurur. Amma nə edək ki, pullu çuğullar dəstəsi at milçəyi kimi bizlərdən əl çəkmir?.. Leksikonları tərbiyəsiz, əxlaqsız və “beşmərtəbəli” söyüşlərlə zəngin olan bu məxluqat Fb şəbəkəsində, özlərinin sayt və qəzetlərində, “Yeni Müsavat”kimi hökümətyönlü KİV səhifələrində az qala hər gün, hər saat ağız ishalı ilə məşğul olur, – böyük-kiçik bilmədən, hamıya və hər kəsə (təbii ki, ilk növbədə onları ciddiyə almayan, onların dabbağda gönünə bələd olanlara) çamur atmaq yarışı keçirirlər!.. Özü də, sırtıqcasına, utanıb-qızarmadan! Cəmil Həsənlinin, Əli Kərimlinin, Qurban Məmmədovun, Gültəkin Hacıbəylinin, Rafiq Manaflının, son zamanlar isə mənim və digər Milli Şura üzvlərinin ünvanına çeşidli təhqirlər yağdırırlar. “Otur!”, “Dur!”, “Qaç!” əmri ilə hərəkətlər edən bu bədbəxtlər anlamırlar ki, biz əynimizə kəfən geyib Azadlıq Hərakatına başlayanda onların çoxusu hələ anadan olmamışdı. Razi kimiləri isə, ən yaxşı halda, “şortikdə” gəzir, yaxud üçtəkərli velosiped sürürdülər!.. Belə şeyləri görüb-eşidəndə, adam sanki göydəki ulduzun aşağıda bəzi dördayaqlıların ona baxaraq hürdüklərindən necə həzz aldığını anlamağa başlayır…
Düzünə qalsa, mənim sözüm, hazırda ağır ruhi diskomfort keçirən və nə elədiyinin fərqində olmayan Razi Nurullayevə deyil. Heç onun pulla ovlayıb şikəst etdiyi naqis tərəfkeşləri ilə də işim yox… Mənim sözüm bir başa bu uğursuz və üst-başını bit-sirkə basmış projenin yiyəsinə, yaxud yiyələrinədir: Cənablar, bəyəm qoxusu ətrafa yayılan bu “zadı” ortaya atanda, onu qəşəng bir konfet kağızına bükə bilməzdiniz? Dünya qara geyərdi?!