Oktyabrın 2-də Londonda saxlanılan OPEC prezidenti Diezani Alison-Madueke zaminə buraxılıb.
OPEC prezidentinin pasportu götürülüb.
«Reuters» xəbər verir ki, OPEC prezidentinə Böyük Britaniyanın ərazisini tərk etmək qadağan olunub.
Diezani Alison-Madueke-nin nədə ittiham edildiyi barədə rəsmi açıqlama verilmir, amma mətbuat onun rüşvətxorluq və korrupsiyada təqsirləndirildiyini yazır.
***
Nigeriyanın keçmiş neft naziri, hazırda OPEK prezidenti olan Diezani Allison-Madueke Londonda saxlanılıb.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyə Nigeriya prezidentinə yaxın mənbələr məlumat verib.
Xəbərə görə, OPEK prezidentinin nədə ittiham olunduğu məlum deyil.
Nigeriya KİV-ləri Allison-Maduekenin rüşvətxorluq və korrupsiya ittihamı ilə saxlanıldığını bildirib.
Amma Britaniya polisi də faktı təsdiq etməyib.