Gültəkin Hacıbəyli: «Azərbaycanda insan hüquqlarının durumu nə qədər ağırlaşacaqsa, yaranmış bu kritik vəziyyətə münasibət adekvat olacaq»
Azərbaycana qarşı siyasi təzyiqlər davamlı xarakter alır. Beynəlxalq aləmin iqtidara münasibətdə sərgilədiyi mövqe getdikcə artmaqdadır. Avropa Parlamentində Liberal-Demokratlardan ibarət fraksiya (ALDE qrup) parlamentin sentyabrın 10-da keçiriləcək sessiyasında Azərbaycandakı repressiyalarla bağlı qətnamə layihəsi təqdim edəcək. Bu barədə Fraksiyanın Niderlanddan olan üzvü Mariette Şake “Twitter” hesabında məlumat yayıb.
“Avropa Parlamenti təcili qaydada Azərbaycanda insan hüquqlarının vəziyətilə ÿbağlı qətnamə layihəsini müzakirəÿ edəcək və ÿsəsvermə ÿkeçiriləcək. Qətnaməÿlayihəsini ALDE qrup təqdim edəcək”,- deyəÿ Avropa Parlamentinin deputatı qeyd edib.
Xatırladaq ki, bu fraksiyasının üzvləri bugünlərdə Azərbaycanda hakimiyyəti tənqid edən şəxslərin barəsində çıxarılan hökmləri pisləyərək, Avropa Ittifaqını bu ölkədəki repressiyalarla əlaqədar tədbir görməyəÿçağırmışdı. Fraksiya “Avropa Ittifaqı Azərbaycanda tənqidçi səslərin həbsxanaya salınması iləÿəlaqədar təcili tədbir görməlidir” başlığıyla bəyanat yaymışdı.
Qeyd edək ki, Avropa Parlamentinin vitse-prezidenti, Azərbaycan üzrəÿ məruzəçi Anneli Caatenmaki də ÿbu fraksiyanın üzvüdür.
“BMT-dən sərt reaksiya”
BMT-nin insan haqları üzrə ali komissarı Zeid Raad Al Hussein Azərbaycanda vətəndaş cəmiyyətinə təzyiqlərin davam etməsini yamanlayıb.ÿOnun sentyabrın 8-də yaydığı bəyanatda Azərbaycanda dövlət orqanları tərəfindən jurnalistlər, hüquq müdafiəçiləri və fəallara qarşı həddən artıq təzyiqlər, təqib və hədə-qorxuların davam etdirilməsi barədə məlumatlar gəlir: “Mən Azərbaycanda ifadə azadlığı, sərbəst toplaşmaq və birləşmək azadlığından istifadəyə görə həbsə atılanları təcili azad etməyə çağırıram”- deyə o vurğulayır.
Zeid araşdırmaçı jurnalist Xədicə Ismayılın sentyabrın 1-də 7 il yarım azadlıqdan məhrum edilməsinin ölkədə müstəqil səslərin boğulmasına son nümunə olduğunu bildirir.
ABŞ da Azərbaycanla bağlı aparılan müzakirələrdən geri qalmır. Azərbaycanda xüsusən araşdırmaçı jurnalist Xədicə Ismayılın barəsindəÿ çıxarılan məhkəməÿhökmü Qərbdə, o sıradan ABŞ-da ciddi reaksiyalara səbəb olub. Azərbaycandakı repressiyalara son qoyulması üçün Qərb hökumətlərinə ÿsərt addımlar atmaqla bağlı çağırışlar da artıb. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç dəÿhesab edir ki, narahatlıq ifadəÿedən bəyanatlarla danışmaq Azərbaycandakı repressiyalara adekvat deyil. Birləşmiş Ştatlar vəÿ Avropa Ittifaqı Azərbaycanda insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərəÿ qarşı sanksiyaların tətbiqini nəzərdən keçirməlidir.
“Beynəlxalq aləmdə dinləmələr nə vəd edir?”
Bəs, yürüdülən siyasətin bu formada davamı Azərbaycana nə vəd edir? Azərbaycan hakimiyyəti beynəlxalq təpkilərə münasibət bildirmir. Bu yanaşma nəylə yekunlaşa bilər?
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli hesab edir ki, Azərbaycan hakimiyyətinə qarşı bu cür münasibət gözlənilən tendensiyadır. Azərbaycanda insan hüquqlarının vəziyyətinin doğrudan da dözülməz olduğunu deyən G.Hacıbəyli vurğuladı ki, insan haqlarının vəziyyətinə görə Azərbaycandakı durum Belarus və Irandan da bərbaddır: “Bir neçə gün əvvəl Lukaşenko öz ölkəsində olan siyasi məhbusları əhv etdi. Iranın Qərblə münasibətlərində də bir istiləşmə müşahidə olunur. Iran Qərblə yaxınlaşır və bunun nəticəsində daxildə də yumşalma hiss olunur. Belə bir vəziyyətdə Azərbaycanda insan haqlarının durumu daha da kritikləşir. Araşdırmaçı jurnalist Xədicə Ismayıl yeddi il yarım azadlıqdan məhrum edilir. Səhhətində ciddi problemlər olan Arif və Leyla Yunusa ağır həbs cəzaları verilir. Sağlamlığı ilə bağlı çox ağır problemləri olan Rauf Mirqədirovun istintaq müddəti daha 2 ay uzadılır. Intiqam Əliyev hələ də həbsdədir. Yəni Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət daha da kritikləşib. Qarşıdan parlament seçkiləri gəlir və seçkilər ərəfəsində ölkədə heç bir açılım, yumşalma hiss olunmur. Əksinə, vəziyyət daha da kritikləşir”.
G.Hacıbəyli vurğuladı ki, belə olan vəziyyətdə beynəlxalq birliyin də münasibəti adekvat olacaq. BMT-nin insan haqları ilə bağlı problemləri aradan qaldırmaq üçün Azərbaycana sentyabra qədər vaxt verdiyini xatırladan G.Hacıbəyli vurğuladı ki, BMT-nin insan haqları üzrə komissarının bəyanatı məhz bu qəbildəndir: “Iyunda Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr olmuşdu. Amma sonda qətnamə qəbul edilmədi. Yenə də Azərbaycana siyasi məhbusları azad etmək, repressiyalara son qoymaq üçün vaxt verilmişdi. Həmin vaxt ərzində gözlənilən addımlar atılmadığı üçün Avropa Parlamentində Azərbaycanla bağlı sərt qətnamənin qəbulu gözlənilir, eyni zamanda bir müddət əvvəl AŞ PA-nın Monitorinq Komitəsində Azərbaycanla bağlı sərt bəyanat qəbul edilib. ABŞ-da da Azərbaycanla bağlı dinləmələr gözlənilir. Bütün bunlar Azərbaycanda baş verənlərə adekvat reaksiyadır. Azərbaycanda insan hüquqlarının durumu nə qədər ağırlaşacaqsa, yaranmış bu kritik vəziyyətə münasibət adekvat olacaq”.
Xəyal