Rusiyanın «Komsomolskaya pravda» qəzeti Vaşinqtonun İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, İordaniya və Türkiyənin iştirakı ilə «müdafiə ayparası»nın formalaşdırması cəhdlərindən yazır. Bu ölkələr İranın ballestik raketlər buraxacağına qarşı ümumi erkən xəbərdarlıq sistemi yaradacaq.
Ehtimal olunur ki, Səudiyyə Ərəbistanı və BƏƏ real zaman rejimində öz radar stansiyaları ilə bağlı məlumatları İsraillə bölüşəcək, İsrail isə öz növbəsində ərəb ölkələrinə özünün yüksək texnologiyalı raket əleyhinə müdafiə sistemlərinə və radar stansiyalarına çıxış imkanını təmin edəcək. İsrailin Arrow raketləri İordaniyanı İranın mümkün raket zərbələrindən qoruya biləcək. Ağ Evin niyyətinə görə, bu «müdafiə ayparası» İran, İraq, Suriya və «Hezbollah»dan ibarət olan «böyük aypara»nı neytrallaşdırmağa hesablanıb.
azadliq.info