Elşad Abdullayev qardaşının oğurlanması ilə bağlı şok adlar çəkdi
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev qardaşı Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı apardığı müstəqil araşdırmaların nəticələrini əks etdirən sxem hazırlayıb və onu “Azadlıq”a yollayıb. Həmin sxemdə Elşad Abdullayev göstərir ki, qardaşı Mahir Abdullayev ondan külli miqdar pul və Azərbaycan Beynəxalq Universitetini almaq məqsədilə oğurlanıb.
Materialı bu linkdən endirib baxa bilərsiniz.
Sxemin təsviri foto-pəncərənin aşağısında verilir
{edocs}sxem.pdf{/edocs}
Mahir Abdullayevin oğurlanmasını kim sifariş edib?
Sabiq rektor ilk dəfə olaraq qardaşının oğurlanmasını sifariş edən şəxsin adını çəkib. Elşad Abdullayev sxemdə göstərib ki, Mahir Abdullayev ölkə başçısı Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyevin sifarişilə oğurlanıb. Ölkə başçısının əmisi oğlunun sifarişini Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil dəstə icra edib. Elşad Abdullayevin tərtib etdiyi sxemdən belə aydın olur ki, bu dəstə Hacı Məmmədovun bandasından da təhlükəlidir. Çünki dəstədə hüquq-mühafizə orqanlarının bir çox yüksək rütbəli zabitləri təmsil olunur və Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev səviyyəsində himayə edilir.
Mütəşəkkil dəstədə kimlər təmsil olunur?
Elşad Abdullayev adam oğurluğu ilə məşğul olan mütəşəkkil dəstədə xeyli adamın təmsil olunduğunu göstərib. Onlardan ən əsaslarının adlarını oxuculara təqdim edirik:
MTN-nin generalları; Hilal Əsədov (nazir müavini) Akif Çovdarov (idarə rəisi)
Elçin Quliyev (MTN-nin Anti Terror Mərkəzinin rəisi) Polkovniklər;
Rəsul Rəsulov,
Teymur Quliyev,
Elçin Əliyev
Yaşar,
Qurumun digər zabitləri
Azər Aşurov,
Ilqar Abbasov,
Mahir Mirzəyev,
Bəşir,
Fuad Abbasov,
MTN-in baş həkimi Hacı Fazil və bacısı oğlu Tural,
MTN-nin Xətai şöbəsinin rəisi Vəli Nağıyev,
MTN-nin kadrlar şöbəsinin əməkdaşı Sahib Nağıyev,
Müstəntiq Şahin Əliyev
Istintaq Idarəsinin rəisi Mövlan Şıxəliyev.
Müstəntiq Şahin Ələkbərov
MTN Akademiyasının professoru polkovnik Cəlal Qasımov
Əli Bayramov – oğlu MTN-nin əməkdaşı
BDU-nun professoru Hacı Əsədulla – oğlu MTN-in mayoru
Mahir Abdullayevin oğurlanmasında bu və ya digər formada rol alan şəxslər
Bundan başqa Elşad Abdullayev qardaşının işilə bağlı daxili işlər nazirinin müavinləri Vilayət Eyvazov, Oruc Zalov, mərhum Zahid Dünyamalıyevin adlarını çəkib.
Sxemdən görünür ki, baş nazirin sabiq müavini Abbas Abbasovu, DIN Cinayət Axtarış Idarəsinin sabiq rəisi Zakir Nəsirovun, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbəri Vaqif Axundovun, Heydər Əliyevin qardaşları Aqil Əliyevlə Cəlal Əliyevin, bacısı Şəfiqə Əliyevanın, Ilham Əliyevin xanımı Mehriban Əliyevanın atası Arif Paşayevin, əmisi, bacısı Nərgiz Paşayevanın adlarını çəkir.
Sxemdən aydın olur ki, adıçəkilən adamlar bu və ya digər formada Mahir Abdullayevin oğurlanmasında rol alıblar.
Sabiq rektor qeyd edib ki, bu dəstənin xəzinədarı Arzu Kazımov və onun yaxınları olub.
Elşad Abdullayevin bacısının evini kim qarət edib?
Sabiq rektor sxemdə qeyd edib ki, 2002-ci ildə bacısı Elmiranın evi qarət edilib. Araşdırmalar nəticəsində evdən oğurlanan əşyalar DIN-in zabiti Rəşid Məmmədovun (Elşad Abdullayev bu şəxsin “Qara Rəşid” kimi tanındığını qeyd edib) evindən çıxıb. Lakin Rəşid Məmmədov sadəcə icraçı olub. Sabiq rektor bildirir ki, bu işi ört-basdır etmək “Qara Rəşid” Şəmkirin dairəvi yolunda qətlə yetirilib. Oğurluğun digər icraçıları professor Tərlan Hüseynov 15 il, “Bobili” ləqəbli Bəxtiyar Məmmədov 15 il, Ruslan Ağayev (Elşad Abdullayev bu şəxsin erməni əsilli olduğunu qeyd edib) və Osman adlı şəxslər isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.
Mahir Abdullayevin oğurlanmasından qazanmaq istəyənlər
Elşad Abdullayev sxemdə Mahir Abdullayevin oğurlanmasından istifadə edərək dələduzluq yolu ondan pul qoparanların da adını çəkib. Bu sırada Binəqədinin sabiq prokuroru Mirələkbər Seyidov, Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev, yeznəsi Ilham Əliyev və qardaşı Fikrət Əliyev, PA rəhbərinin yaxını olan meriyanın işçisi Nəriman Ağayev, Xüsusi Dövlət Mühafizə Xidmətinin Səftər adlı generalının yeznəsi Ələsgər, baş nazirin müavini Elçin Əfəndiyevin köməkçisi Vaqif Hüseynovu göstərmək olar.
Sabiq rektor həmçinin qeyd edib ki, onun susdurmaq üçün təhdid ediblər. O, təhdid edənlərdən Abbas Abbasovun, Oruc Zalovun, Vaqif Axundovun, Zahid Dünyamalıyevin, DIN-in 7-ci idarəsinin rəisi Vaqif Şərifovun, Ramil Usubovun qardaşı MTN-nin Yasamal şöbəsinin rəisi Mütəllim Usubovun adlarını çəkib.