AXCP sədri Əli Kərimli partiyada yeni təyinatla bağlı sərəncam verib. Sərəncama əsasən, Zərifə Məhəddinova AXCP sədrinin müşaviri vəzifəsinə təyin olunub.
Zərifə Məhəddinova 1979-cu ildə Azərbaycan Xarici Diller Unversitetini ingilis ve fransiz dilleri üzrə bitirib, əvvəlcə Azərbaycan Elmlər Akademiyasında çalışıb, sonra isə orta məktəblərdən birində ingilis dili müəlliməsi işləyib. 2006-cı ilə qədər olan 10 ildən artıq müddətdə dövlət orqanlarında çalışıb.
1988-ci il hadisələrindən başlayaraq Azərbaycanın milli azadlıq və demokratikləşməsi uğrunda hərəkatın fəal iştirakçılarından biri olub.
Hazırda AXCP-nin fəal təmsilçilərindən biri kimi partiyanın təşkilati işlərində, eləcə də proqram və məramnaməsinin təbliği, həyata keçirilməsi işində yaxından iştirak edir.
Z.Məhəddinova son illərdə AXCP-nin və İctimai Palatanın təşkil etdiyi kütləvi aksiyaların da ən fəal iştirakçılarından biridir.
Ailəlidir, 3 övladı var.