Bakıda oğurluqda şübhəli bilinən şəxs tutulub.Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 9-da Bakı şəhər sakini Fərqanə Mehdiyevaya məxsus lombarddan 24.000 manat pul və 10.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü, həmyerlisi Gəray İsmayılov tutulub.
Araşdırma aparılır. (lent.az)