Basman məhkəməsi Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev haqqında 2 aylıq ev dustaqlığı qərarı çıxarıb. Məhkəmə sessiyasının gedişi zamanı Ulyukayev 2 milyon dollar rüşvət aldığına dair iddianı rədd edib.
Qeyd edək ki, Ulyukayev “Rosneft” şirkətinə “Başneft”-in dövlət səhm paketinin alınmasına dair saziş əldə etməsinə imkan verən müsbət qiymətləndirmə üçün 2 milyon dollar məbləğində rüşvət almaqda ittiham edilir.