Bakı şəhərində 24 yaşlı qız intihara cəhd edib. Hadisə Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi, 83 ünvanında qeydə alınıb.
Belə ki, Abşeron rayon sakini, 1992-ci il təvəllüdlü Aytəkin Fərhadova özünü öldürmək məqsədilə Mətləb Eminbəylinin idarə etdiyi “Daewoo” markalı avtomobilin altına atıb.
Nəticədə, avtomobilin güzgüsünə dəyərək kəllə-beyin travması alan yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. (“Report”)