İstefa təhlükəsi ilə üzləşən Venesuela prezidenti Nikolas Maduro ölkədə minimal əmək haqqının 40% artırılacağını vəd edib. Bu barədə o El Nacional telekanalına müsahibəsində danışıb.
Artımın noyabrın 1-dən olacağı gözlənilir. Bundan sonra ölkədə minimal pensiya və əmək haqqı 22,5 min bolivardan 27 minə qədər artacaq. Müxtəlif vergi qrupları üçün artım 42 mindən 63,7 minə çatacaq. Nəticədə ölkədə minimal əmək haqqı 90,9 min bolivar (138 dollar) olacaq.
Bundan əlavə, prezident ölkədə bonusların veriləcəyinə başlanacağını deyib. 2016-cı il ərzində ölkədə dördüncü dəfədir əmək haqları artırılır.
Maduronun bəyanatı müxalifət tətil çağırışından sonra səslənib. Müxalifət oktyabrın 28-də ölkəyəboyu tətilə çağırmışdı. Prezident tətil edəcək şirkətlərin yoxlamalara məruz qalacağını da bildirib.
azadlıq.info