AXCP sədri Əli Kərimli müavini Gözəl Bayramlının təhdid olunmasına münasibət bildirib. Əli Kərimli facebook səhifəsində yazır:
Müavinim, olduqca fədakar, mübariz, prinspial siyasətçi Gözəl xanım Bayramlını bu gün 050 393 34 68 nömrəsindən zəng edərək ölümlə hədələyiblər. Gözəl xanım hədədən dərhal sonra 102 xidmətinə zəng vurub, rəsmən şikayət edib, hansı nömrədən hədələndiyini polisə bildirib. Saatlar keçib, hələ hansısa tədbirin görülməsi haqqında bir xəbər yoxdur. Nə baş verir? Cinayətkar niyə yaxalanmır, yoxsa biz artıq dövlət terroru ilə üz-üzə qalmışıq? Açıq nömrədən siyasətçi xanımı ölümlə hədələyən cinayətkar cəzalandırılmayacaqsa, hesab edəcəyik ki, o, rəsmi qurumların tapşırığını yerinə yetirib. Cənablar, buyurun, sübut edin ki, cinayətkarı siz özünüz təlimatlandırmamısınız, onu himayə etmirsiniz.