ABŞ iqtisadiyyatı bu ilin üçüncü rübündə ixracat və ehtiyatların dəstəyilə toparlanıb.
“Marja” xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin açıqladığı məlumata görə, ikinci rübdə 1.4% böyüyən iqtisadiyyat üçüncü rübdə 2.9% böyüyüb. Bu, proqnozların üzərindədir.
Bloomberg-in sorğusuna qatılan ekspertlərin təxmini inkişafın 2.6% olacağı istiqamətində idi. İqtisadiyyatın ən böyük hissəsini təşkil edən istehlakçı xərcləri isə 2.1% ilə gözləntilərdən aşağı artıb.
Məlumat, Fed rəsmilərinin iqtisadiyyatın yavaş və sabit böyümə qeyd etdiyi qənaətinə uyğundur. Bu məlumatdan sonra Fed-in Dekabr ayında faiz artıracağı ehtimalı daha da artır. Dollar isə günbəgün bahalaşmaqdadır.