Çin kəşfiyyatı bir neçə dəfə Amerikanın təhlükəsizlik sistemini yararaq Pentaqonun Çinlə mümkün gərginlik şəraitində atacağı addımların göstərildiyi məxfi planı oğurlayıb. Bu barədə “Wasington Post” qəzeti yazıb.
Əldə olunan məlumatda kəşfiyyatın FTB (Federal Təhqiqatlar Bürosu) və Sakit okeandakı ABŞ donanamasının sənədləri də ələ keçirilib.
Ehtimala görə, polkovnik-leytenant Bencamin Bişop Pekinlə gizli əməkdaşlıq edib və çinlilərə ABŞ-ın nüvə potensialı, pilotsuz uçuş aparatlarının quruluşu və Çinlə münasibətlərə aid məxfi sənədləri ötürüb.
Faktla bağlı Konqresdə qapalı dinləmələrin keçirilməsi gözlənilir.