Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Heydər Əliyev prospektinin Suraxanı rayonundan keçən hissəsində “Mercedes” markalı avtomobil yolu keçməyə çalışan 50-55 yaşlı kişini vurub. Ağır xəsarətlər alan şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır. (Lent.az)