Rusiya prezidenti Vladimir Putin bildirib ki, özünə “müvəffəqiyyətlə” pensiyaya çıxmağı arzulayır. Bu barədə Kreml rəhbəri “Valday” Beynəlxalq Diskussiya klubunun sessiyasında çıxışı zamanı danışıb.
“Moderator mənə müvəffəqiyyətlə pensiyaya çıxmağı arzuladı mən özüm də özümə bunu arzulayıram. Zamanı çatanda bunu etmək lazımdı, bu doğru addım olacaq”, – deyə Putin qeyd edib.
Bununla belə o hələ pensiyada olmadığını və ifadələrində aqressivliyə yol verməməli olduğunu deyib.
azadlıq.info