Qərbin Kremlin siyasətinə qarşı tətbiq etdiyi sanksiyalar effekt vermədi. Ancaq Rusiya iqtisadiyyatına ciddi təsir edib. Bunu Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin deyib.
“Sanksiyalara görə Rusiya ciddi itkilərə məruz qalır. Iqtisadiyyata, artıma və həyat səviyyəsinə təsir edir”, – deyə Kudrin qeyd edib.
Kudrinin hesablamalarına görə, vətəndaşların və iqtisadiyyatın illik itkisi 680-800 mlrd rubl təşkil edir. Bu da 2016-cı il büdcəsinin gəlir hissəsinin 6%-dən çoxunu təşkil edir.
Keçmiş nazir sanksiyaların siyasi alət kimi təsir etmədiyini də qeyd edib.
azadlıq.info