Avropa Birliyi (AB) Suriya rejimi ilə əlaqəsi olan 10 nəfərə sanksiya tətbiq edib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bu şəxslər Suriyada dinc əhaliyə qarşı zorakılıqda ittiham olunur. Bununla da AB-nin Suriyaya dair «qara siyahı»sındakı şəxslərin sayı 217-yə çatıb.
Sanksiyaya məruz qalan on nəfərin adı sabah elan olunacaq. Onların arasında yüksək rütbəli hərbçilər və yüksək vəzifəli rəsmilərin olduğu bildirilir.
Avropa Birliyinin Suriya rejiminə qarşı sanksiyaları neft ticarətinə qadağanı, sərmayələrlə bağlı məhdudiyyətləri, Suriya Mərkəzi Bankının səhmlərinin Avropa Birliyində dondurulmasını və texnoloji avadanlıqlara embarqonu əhatə edir.
Qeyd edək ki, AB-nin məlum siyahısına düşən 217 nəfərdən 70-i hüquqi şəxsdir.
Gültəkin