Nemət Əliyev: «Manatın gələcək taleyi ilə bağlı proqnozlar özünü doğrultmaqdadır»
Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Bankın yaydığı xəbərdə deyilir ki, Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracında 1 ABŞ dolları üçün məzənnəsi 1,6291 ilə başlayıb və 1,6361 məzənnəsi ilə yekunlaşıb.
Oktyabrın 27-da 6 bank ABŞ dollarının satışını dayandırıb. Bu banklar xarici valyuta satmaqdam imtina edib – Kapital Bank, Azər-Türk bank, AFB bank, Ziraat Bank Azərbaycan, Pakistan Milli BankıBakı filialı və Paşa Bank
Xeyli vaxtdır dollar satışını dayandıran “VTB Bank- Azərbaycan” bu gündən satışı bərpa edib. Bank 500 dollar civarında dollar satır.
(Fins.az)
“Qara bazar”da da dollar qıtlığı yaşanır
Eyni zamanda «qara bazarda»da ciddi çətinlik hiss olunur. Fins.az-ın araşdırmaları və bank sektorundan alınan məlumatlar ABŞ valyutasının satışının məhdudlaşdırıldığını və bankların əksəriyyətinin dollar satmaqdan imtina etdiyini göstərir.
Sabah dolların məzənnəsi 1.6381 olacaq. Bu barədə məlumatı MB verib.
Baxmayaraq ki, bütün banklar bu gün səhərdən dolların alış-satış qiymətlərini bəyan ediblər, artıq günortaya yaxın demək olar ki, hamısı dolların satışını dayandırıb. Hətta indiyədək dolların problemsiz tapıldığı “qara bazar”da da valyuta qıtlığı yaşanır.
Hazırda cərəyan edən proseslər manata nə vəd edir? Çünki bir qayda olaraq bu proseslərdən sonra ya manatın məzənnə dəyişikliyi, ya da kəskin devalvasiya olur.
İqtisadçı Nemət Əliyev bildirdi ki, manatın gələcək taleyi ilə bağlı proqnozlar özünü doğrultmaqdadır. Ölkənin gələcəyi baxımından gözləntilərin mənfiyə doğru olduğunu deyən N.Əliyev vurğuladı ki, əhalinin sosial vəziyyəti baxımından yaxşı heç nə vəd etmir: «Valyuta satışının dayandırılması daxili tələbatın kəsirlə ödənilməsi anlamına gəlir. Amma manatın sentyabrdan sonra məzənnə dəyişikliklərinə diqqət etsək o zaman görəcəyik ki, manatn sentyabrın 11-dən sonrakı dönəmdə manat nisbətən dəyərə mindirilib. Dollar isə bu fonda dəyərini itirdi. Amma sonra Mərkəzi Bankın manatın məzənnəsi üzrə dinamikaya diqqət yetirəndə onun şahidi oluruq ki, manat yenə də dəyirini itirməyə başlayıb. Amma hökumətin manatı dəyərdə saxlamağa hazırda nə gücü var, nə həvəsi, nə də ölkədəki vəziyyət buna imkan verir. Yəni ölkə elə bir vəziyyətə gətirilib ki, bu günləri manatın dəyər qazanmasına səbəb ola biləcək prosesləri pozetiv istiqamətdə kökləmək mümkün deyil».
N.Əliyevin fikrincə, indiki dövrdə dollar satışını məhdudlaşdıran bankların sayının 6-ya çatması dolların məzənnəsinin qalxması ilə müşahidə olunacaq: «Baş verənlərə müşahidə etsək məlum olacaq ki, bu ölkə iqtisadiyyatının dollarlaşmasına mənfi təsir edib. Xüsusilə də bank sektorundan əmanətlər geri çəkilir. Daxili bazarlarda da manat kütləsi getdikcə azalır».
Xəyal