Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə şahidlərin siyahısında sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun adı yoxdur.
Ə. Abbasov həmin cinayət işi üzrə istintaq zamanı bir neçə dəfə dindirilsə də, onun ifadəsi ittihama salınmayıb. Məhkəməyə çağırılacaq şahidlərin siyahısında da Ə. Abbasovun adı yoxdur.
Bundan əlavə, Ə. Abbasov barəsində cinayət işinin başlanması barədə xəbərlər də həqiqəti əks etdirmir. Həm sabiq nazir özü, həm də vəkili Kamandar Nəsibov bu barədə yazılanları təkzib edib. (APA)