Bu gün Ali Məhkəmədə “Sülh və Demokratiya İnstitutu”nun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus barələrində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi təxirə salınıb.
Bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Vəkilin sözlərinə görə, buna səbəb onun iki ay əvvəl sənədlərin surətlərinin verilməsi barədə vəsatətinin noyabrın 2-dək icra ediləcəyi göstərilib.
Proses noyabrın 2-nə təxirə salınıb.