ABŞ Mərkəzi Bank Fed-in San-fransisko şöbəsinin sədri John Williams, ABŞ mərkəzi bankının təkrar faiz artırımına getməsi üçün ən yaxşı zamanın, yəqin ki, Dekabr ayındakı pul siyasəti toplantısı olduğunu deyib.
Williams, hələ də bu il bir faiz artırımı gözlədiyini və bu artırımın 2016-ci ildə qalan iki toplantının hər hansı birində ola biləcəyini bildirib.
Wall Street Journal-a danışan Williams, indi 0.25- 0.50% aralığında olan faizin artırılması üçün bir az daha gözləməyin daha yaxşı olacağını, çünki Sədr Janet Yellenin 1-2 Noyabrdakı iclas da deyil də, 13-14 Dekabrda keçiriləcək toplantının ardından mətbuat konfransı keçirəcəyini bildirib.
Williams, “Her hansı bir toplantıda qərarlar verə bilərik, ancaq məncə, mətbuat konfransı keçirilən toplantıda qərar verməyin bəzi üstünlükləri olduğunu düşünürəm”, – deyib.
(marja)