Neft, ABŞ-da özəl sektorun açıqladığı həftəlik neft ehtiyatları göstəricisinin artması və Rusiyanın neft istehsalını azaltmaq əvəzinə dondurmağı üstün tutduğunu açıqlamasının ardından üçüncü gündür ucuzlaşır.
“Marja” xəbər verir ki, Amerika Neft İnstitutunun açıqladığı məlumatlara görə, ABŞ özəl sektorun neft ehtiyatları ötən həftə 4.75 milyon barel artıb. Çərşənbə axşamı açıqlanacaq rəsmi neftbaza göstəricilərinin isə, Bloomberg-in sorğusuna qatılan analitiklərin proqnozlarına görə 2 milyon barel artması gözlənilir.
Interfax agentliyində çıxan xəbərə görə, hasilatın azaldılması Rusiya üçün əlverişli variant deyil.
Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) istehsalın azaldılması təklifinə Rusiya başda olmaqla digər istehsalçıların qatılıb qatılmayacağı qeyri-müəyyəndir. Buna görə neft qiymətləri 50 dollar ətrafında dalğalanır.