20 baş redaktorun Naxçıvan Muxtar Respublikasına səfəri ilə bağlı müxtəlif mülahizələr irəli sürülür. Qeyd edək ki, Naxçıvana səfər edən media rəhbərləri Bakıya qayıtdıqdan sonra Muxtar Respublika və Vasif Talıbov haqqında piar xarakterli məqalələr yazmağa başlayıblar. Həmin məqalələrdə Naxçıvanın inkişafından, Vasif Talıbovun uğurlu fəaliyyətindən bəhs edilir.
Bəzi iddialara görə, Vasif Talıbovun baş redaktorları Naxçıvana dəvət etməsi vitse-prezident postuna hazırlıqla bağlıdır. Bildirilir ki, Ali Məclis sədri vitse-prezident postuna iddialılardan biridir. Bu barədə məlumat hələ referendumdan əvvəl yayılmışdı. Məlumatlara görə, hakimiyyətin zirvəsində Vasif Talıbova ciddi dəstək verilməsi onun şanslarını bir qədər də artırıb. Bu iddianın nə dərəcədə doğru olduğunu söyləmək çətindir. Amma hazırda Vasif Talıbovun piarının aparılması belə bir planın olması barədə mülahizə yürütməyə əsas verir.