Ambulator müalicədə olan vətəndaşların dərman təminatı icbari tibbi sığorta paketinə daxil edilməyib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri İsa Əliyev fins.az-a açıqlamasında bildirib ki, yalnız stasionar müalicəyə və təcili tibbi yardım xidmətinə mürciət edən vətəndaşlara dərmanlar pulsuz veriləcək.
Qeyd eədk ki, 1 nəfər üçün illik icbari tibbi sığorta haqqı 100 manat ətrafında müəyyən edilib. Ölkə əhalisinin sayının 10 milyon nəfərə yaxın olduğunu nəzərə alsaq, ildə təxminən 1 milyard manat sığorta haqqı toplanacaq.
İ.Əliyevin sözlərinə görə, həmin vəsaitin bölgüsündə dərmanlar yer almayıb: Hesablamalara görə, 1 nəfər ildə orta hesabla 4,6 dəfə ambulator xidmətlərə müraciət edir.
Vətəndaşların təxminən 5%-i isə stasionar müalicə alırlar. Həmin toplanacaq 1 milyard manatlıq vəsait ancaq bu xidməti tə min etməyə yetəcək. Ona görə də dərmanlar hələki burada daxil edilməyib”.
Şöbə müdiri növbəti mərhələlərdə bu məsələnin də müzakirə olunacağını istisna etməyib: “Gələcəkdə sığorta haqqını artırmaqla və ya sığorta haqqı ödəyən vətəndaşların sayını artırmaqla dərmanların pulsuz verilməsini təmin etmək olar”.