«Azərbaycanın taxıl məhsullarına olan illik tələbatı 3 milyon tondur»
Vahid Məhərrəmov: «Ölkə daxili istehsal hesabına taxıla olan tələbatın yalnız 45-50 faizini ödəyə bilir»
Sahibkarların Regional Palatasında Qərbi Qazaxıstanın biznes nümayəndələri ilə Azərbaycan heyəti arasında görüşü keçirilib.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bidlirib ki, Azərbaycanın “Azersun Holding”i Aktauda iki ölkə arasında idxal-ixrac əməliyyatlarının artmasına imkan verən böyük logistika mərkəzi tikib.
“Əsas məqsəd Qazaxıstan məhsullarının Azərbaycana tədarükünü təmin etməkdir. Həmçinin, yerli istehlakçıları Azərbaycan məhsulları ilə tanış etməkdir. Biz taxılıçılıq sahəsində Qazaxıstanla yaxından əməkdaşlıq edirik. Hər il Qazaxıatandan taxıl alırıq. Bu il Qərbi Qazaxıstan regionundan 1 mln. tondan çox taxıl alacağıq. Son il ərzində Azərbaycanla bu region arasında ticarət dövriyyəsi 25% artıb”, – deyə səfir əlavə edib.
Həmçinin, R.Məmmədov qeyd edib ki, Qazaxıstanla Azərbaycan arasında turizm əlaqələri yaxşı inkişaf edib. Son il ərzində Azərbaycana səfər edən qazax turistlərinin sayı 17% artıb: “Tursitlərin cəlb edilməsi üçün böyük həcmdə investisiyalar yatırılıb. Xizək turizmi inkişaf etdirilib”.
Bundan başqa, konfrans çərçivəsində ət, taxıl, un məhsullarının alınması və qaz sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb. (Report)
Milli valyutanın möhkəmləndirilməsi və ölkədən dolları axınının qarşısını almaq üçün belə bir bəyanat verilmişdi ki, valyuta çıxarılmasına səbəb olan məhsulların ölkə daxilində istehsalı genişləndirilməlidir. Ölkədən xarici valyutanın çıxmasına səbəb olan məhsullardan biri də taxıldır. Bu istiqamətdə il ərzində təxminən 500 milyon dollar pul xərclənir.
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirdi ki, Azərbaycanın taxıl məhsullarına olan illik tələbatı 3 milyon tondur. Onun bir milyondan bir qədər artığının ərzaq buğdası olduğunu deyən V.Məhərrəmov bildirdi ki, iki milyon tona digər dənli bitkilər arpa, qarğıdalı da daxildir. Bunlar da emal üçün istifadə olunur: «Ümumilikdə Azərbaycanın 3 milyon ton taxıl məhsullarına ehtiyacı var. Ölkəyə hər il 1.5 miylon ton buğda idxal olunur. Eyni zamanda zamanda 250-300 min ton digər dənlə bitkilər idxal olunur. Bu o deməkdir ki, ölkədə hakimiyyət iddia etdiyi qədər taxıl istehsal olunmur. Düşnürəm ki, burada rəqəm şişirdilib. Bunun məqsədinin nə olduğu bilinmir. Ölkədə ümumilikdə 1.3-1.4 milyon ton taxıl istehsal olunur. Deməli tələbatın yarısı belə ödənilmir. Ölkəyə taxıl idxal olunmasının səbəbi bununla bağlıdır. Ölkə daxili istehsal hesabına tələbatın yalnız 45-50 faizini ödəyə bilir».
Xəyal