İcbari tibbi sığorta ilkin mərhələdə özəl xəstəxanalara aid edilməyəcək. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Vüqar Qurbanov bildirib ki, icbari tibbi sığorta sisteminə hələlik ancaq Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri daxil ediləcək.
“Əgər həmin müəssisələrdə lazım olan tibbi xidmət olmasa, biz digər dövlət tibb müəssislələrinə müraciət edəcəyik. Həmin xidməti bu xəstəxanalarda tapa bilməsək, onu özəl klinikalardan almaq olar. Ancaq hamısından yox. Belə hallarda vətəndaşlar əvvəlcədən müqavilə bağladığımız özəl klinikaya müraciət edə biləcəklər”. (fins.az)