“The Telegraph” yazır ki, yenicə dərc olunmuş kitab ürək xəstəliyinin qarşısını almaq üçün bir neçə sadə addım atmağı məsləhət görür.
Çoxlu seks, hər gün yeyilən sarımsaq sizə ürək xəstəliyindən qorunmaq üçün kifayətdir, iddia edilir kitabda.
Təcili yardım həkimi Johannes Hinrich von Borstel izah edir ki, seks zamanı ayrılan endofrinlər (endorphine maddəsini beyin avtomatik olaraq ağrıları azaltmaq üçün buraxır) ürək döyüntüsünü azaldır, qan təzyiqini salır və antiiltihab testosteronu olan estrogenlərin miqdarını artırır və bu da öz növbəsində xolesterolun səviyyəsini endirir.
“The Telegraph” yazır ki, yeni kitab “Ürək: Bədənimizin ən mühüm orqanının gizlinləri” adlanır.
Məqalədə deyilir ki, bir-birilərinə həqiqi sevgi hissi olan insanlar arasında seks ürək xəstəliyinin qarşısının alınmasında hətta daha faydalı ola bilər, çünki beyin elmi dildə orqazm adlanan coşqunluq anlarında 50-dək müxtəlif kimyəvi maddə buraxır.
Bunların arasında stresi götürən və qan təzyiqini salan oksitin fermenti də var.
Ona görə də Borstel tövsiyə edir ki, sekslə mümkün qədər çox məşğul olmalısınız, amma məhəbbətli sekslə…
“The Telegraph” yazır ki, Borstelin “çoxlu sevgi” ilə bağlı nəzəriyyəsi başqa elmi araşdırmalarla da səsləşir.
Məsələn təcrübələr göstərib ki, 50 yaşdan yuxarı müntəzəm seksi olan qadınlar yüksək qan təzyiqindən əziyyət çəkmirlər və ürək problemləri ilə az qarşılaşırlar.
ABŞ-ın Michigan Dövlət Universitetində aparılmış araşdırmalardan aydın olub ki, seks yalnız ondan həqiqi həzz və rahatlıq tapan qadınlarda ürək xəstəliyinin qarşısını alır.
Kitabda deyilir ki, seksdən başqa nə ilə qidalanmanız da əhəmiyyətlidir. Həkimlər Aralıq dənizi pəhrizinin ürək sağlamlığı üçün əhəmiyyətini xeyli vaxtdır ki, qeyd edirlər.
Lakin Borstel yazır ki, gündə ik-üç çay qaşığı xırda doğranmış sarımsaq yemək yüksək qan təzyiqini aşağı salır.
Borstel bildirir ki, sarımsaq da soğan və zəncəfil kimi qanı duruldan ikinci dərəcəli fitokimyəvi maddələrə malikdir.
Əslində ürək xəstəliklərini önləyən dərman preparatları elə bu maddələrdən hazırlanır, lakin sarımsaq yeməklə siz təhlükəsiz doza həddini aşmırsınız. (BBC azeri)