Yaxud, “Lazım”ın əsl adı imitasiya imiş
Zaman göstərdi ki, hökumətin “Qarabağ diplomatiyası” mənasız danışqlardan ibarətdir. 23 il ərzində saysız-hesabsız görüşlər keçirilsə də, müxtəlif variantlar müzakirəyə çıxarılsa da nəticə dəyişmədi. Amma hökumət 23 ildir ki, uğursuzluğa təslim olmaq istəmir. İsrarla “sülh danışqlarının potensialı tükənməyib” deyirlər və hər dəfə prezidentlərin görüşü ərəfəsində “Qarabağ danışıqlarında uğurlu addım” təbliğatı aparılır.
Amma aprel döyüşlərindən sonra Qarabağ ətrafında daha şəffaf mənzərə yarandı. Məlum oldu ki, düşmən nəinki 20 faiz ərazini, 20 qarış torpağı da geri vermək istəmir. İşğalçının işğal etdiyi ərazinin iki təpəsi uğrunda ölüm-dirim savaşı aparması da bunun bariz nümunəsidir. Hətta aprel döyüşlərnidən sonra Ermənistan tərəfi bəyan etdi ki, itirilmiş 800 hektar ərazini mütlqə geri alacaqlar. Yəni, “biz bu torpaqları qaytarmaq üçün işğal etməmişik” mesajı verildi.
Amma Azərbaycan hökuməti qələbəyə doğru gedən ordunu durdurdu və Ermənistan tərəfinin xahişini yerinə yetirdiklərini bildirdilər. Cəmiyyətdəki mübariz əhval-ruhiyyə, ordudakı əzmkarlıq heçə sayıldı. Əvəzində hökumət cəmiyyətə vəd verdi ki, danışıqlar məntiqi sonluğuna çatıb və torpaqlar geri qaytarılır. Yəni, atəşkəs qərarı verilməsini belə izah etdilər ki, düşmənlə razılığa gəlinib. Ardınca Vyana və Sankt-Peterburq görüşləri oldu və bu vədin yalan olduğu aydın göründü. Ələbəttə ki, hökumət yeni israr etdi, danışıqlarda irəliləyişin olduğunu bildirdilər.
Nəhayət, ABŞ-ın dövlət katibi Con Kerri Qarabağ danışıqlarının nizamlanması üçün münbit şəraitin olmadığını söylədi. Ardınca isə Vladimir Putinin köməkçisi Yuri Uşakov da eyni fikirləri təkrarladı və münaqişənin tezliklə həll olunacağına inanmadığını bildirdi.
Beləliklə, Qarabağ danışıqlarının əhəmiyyətsilziyi, 23 illik get-gəlin mənasızlığı tam təsdiqini tapdı. İndi bütün bunlardan sonra prezidentlərin növbəti görüşünün vaxtı və yeri haqqında müzakirə gedir. ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik deyib ki, növbəti görüşün vaxtı müəyyənləşdirilir və İlham Əliyev görüşə hazırdı.
Vəziyyət olduqca tragikomikdi. Çünki, bütün baş verənlərdən sonra danışığa yox, müharibəyə tələsmək lazımdı. Hmə də İlham Əliyev bir müddət əvvəl bildirmişdi ki, mənasız danışıqlar aparılmayacaq. Danışıqların mənasız olduğunu isə Kerri və Uorlik bir daha etiraf etdilər.
Deməli, artıq danışıqları, atəşkəsə sədaqəti tərgitmək lazımdır. Hökumətimiz isə qürursuz aşiqlər kimi yenə də danışığa can atır. Bun isə o deməkdir ki, bu hökumətin dövründə “Lazım” heç vaxt gəlməyəcək. Çünki, “Lazım”ın əsl adı imitasiyadır. İmitasiya isə heç vaxt lazımlı nəticə verə bilmir.
İlham