“Rəvan Sığorta”nın bu ilin 9 ayı üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə, sığorta yığımlarının həcmi 37,8% azalaraq 828 148 manat olub. Ötən ilin yanvar-sentyabr aylarında isə sığorta şirkəti 1 333 119 manat sığorta haqqı toplayıb. Sığorta yığımlarının böyük hissəsi könüllü əmlak sığortasının, kasko sığortanın, səfər, yük, məsuliyyət və fərdi qəza sığortasının payına düşüb.
Sığorta şirkətinin topladığı hər 100 manatdan 72,8 manatını müştərilərinə geri qaytarıb. “Rəvan Sığorta”nın yığımları ilə yanaşı ödənişləri 30,5 % azalaraq 603 068 manat olub. 2015-ci ilin 9 ayında sığorta şirkətinin ödənişləri 869 973 manat təşkil edib.
Sığorta şirkətinin ödənişlərinin cəmi 300 manatı əmlak sığortasına görə verilib. Ödənişlərin qalan hissəsi kasko sığortaya görə verilib. Maraqlıdır ki, 9 aylıq nəticələrə görə “Rəvan Sığorta” kasko üzrə ödənişləri yığımlardan 11,1 % çox olub.Belə ki, 535 636 manat sığorta haqqı qarşılığında 602 768 ödəniş edilib.