“Belavia” aviakompaniyasının B2-840 reysi üzrə Kiyevdən Minskə uçan təyyarəsi qırıcı qaldırmaqla hədələnərək, məcburən Kiyevin Julyan aeroportuna endirilib. Ria “Novosti” agentliyinin məlumatına görə, buna səbəb Kiyevdən Moskvya gedən “anti-maydançı” aktivist Armen Martirosyan olub. Martirosyan “Vətəndaş birliyi” ictimai təşkilatına rəhbərlik edir.
Təyyarə yerə endirildikdən sonra hüquq-mühafizə orqanı təyyarənin bortundan yanlız bir sərnişini – Ermənistan vətəndaşını çıxarıb. Bundan sonra təyyarə Minskə doğru yol alıb.
Daha sonra məlum olub ki, bu, Martirosyandır. O bildirib ki, hüquq-mühafizə orqanı əməkdaşları ilə söhbət etdikdən sonra sərbəst buraxılıb və növbəti reyslə Minskə yola salınıb. Niyə onu tutmuşdular və niyə buraxdılar sualından o, yayınaraq, belə cavab verib: “dost zəngi” çox şeyi həll edir”.
Ukrayna təhlükəsizlik orqanı insident barədə hələlik şərh verməyib.