Almaniya, Rusiya, Ukrayna və Fransa rəhbərlərinin iştirakı ilə “Normand dördlüyü”nün Berlində keçirilən görüşünə Rusiyanın Ukrayna ilə bağlı kontakt qrupundakı nümayəndəsi Boris Qrızlov buraxılmayıb. Bundan əlavə, danışıqlar çərçivəsində Poroşenko və Putinin söhbəti yüksək tonda keçib. Bu barədə Ukrayna mətbuatı danışıqlarda iştirak edən nümayəndə heyətinin üzvlərindən birinə istinadən məlumat yayıb.
Poroşenko Putinə üz tutaraq Donbasda rus silah və qoşunlarının olduğunu xatırladıb və bildirib ki, görüşün məqsədi atışmanın dayandırılmasına nail olmaqdır. Putin isə Poroşenkonun sözünü kəsməyə çalışıb. Cavabında Poroşenko səsini ucaldaraq “Yox, sən sadəcə atəşi dayandırdı” cavabını verib.
azadlıq.info