Bu gün bir qrup gənc yazarın təşkilatçılığı ilə Xalq şairi Xəlil Rza ULUTÜRKün doğum günü qeyd edilib.
Qələm sahibləri, ziyalılar Fəxri xiyabanda şairin məzarı başında onun xatirəsini yad etmışlar. Gənc şair Emil Rasimoğlu tədbiri açıq elan edərək, Xəlil Rza Ulutürkün həyat və yaradıcılığından söz açıb.
Daha sonra AYB-nin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz, Təbrizli şair Ümid Nəccari, şair və yazıçılardan Seyran İsmayıl, İradə Əlili, Sərvər Kamranlı və başqaları çıxış edərək X.R.Ulutürk haqqında ürək sözlərini səsləndirib.