Müxalifətçi ovuna çıxmaq hakimiyyəti şikar olmaqdan sığortalamayacaq
Azərbaycan xalqı heç vaxt ölkə sərvətlərindən nəsibini almayıb. Ölkəyə milyardlarla vəsait daxil olanda da xalq çətinliklər içində yaşayıb, ölkədə işsizlik və yoxsulluq hökm sürüb, yüzminlərlə insan dolanışıq üçün ölkə xaricinə pənah aparıb, adamlar kredit borcu ödəyib və.s Yəni, ölkə vətəndaşları uzun illərdi böhranın əhatəsində yaşayır və xoş günə həsrət qalıb. Amma 2015-ci ildən sonra vəziyyət daha da pisləşdi. Maantın iki dəfə ucuzlaşması, qiymətlərin kəskin artması, ixtisarların sürətlənməsi vətəndaşı daha ağır vəziyyətə saldı. Artıq sosial-iqtisadi vəziyyətin kəskin pisləşməsini dünənə qədər normal yaşayanalr da hiss etməkdədir. Avtoritarizm fırtınası hamının damını uçurtmağa başlayıb. Təbii ki, qarşıdakı mərhələdə vəziyyətin daha ağır olacağı aydın görünür. Bu qış insanlar üçün ölüm-dirim məsələsinə çevriləcək. Hökumət əlindən gələni edir ki, ölkədə sosial partlayış baş versin. Artıq kütləvi narazılıqların işartıları görünür. Düzdü, bu qədər əzab-əziyyətin qarşılığında böyük etirazlar hələki yoxdur. Amma son günlər Goranboyda, Göyçayda, Xocəsəndə, Bakının müxtəlif qəsəbələrində lokal etirazların baş verdiyini müşahidə edirik. Adamlar polis özbaşınalığına, qaz verilişində məhdudiyyətlərin yaradılmasına, kanalizasiya ssiteminin iflic vəziyyətinə etiraz edirlər, mərkəzi yolları bağlayırlar. Əminliklə demək olar ki, bu proses geridönməz xarakter alacaq və daah kütləvi etirazlarla əvəzlənəcək. Çünki, hökumət xalqa başqa çıxış yolu qoymur. Müraciətlərə baxılmır, xalqın harayı eşidilmir, insanların dərdinə dərman olmaq haqqında düşünülmür.
Əksinə, hökumət müxalifətçi ovuna çıxıb, müxalifət fəalları polis bölmələrinə çağırmaqla qorxu yaratmaq istəyir. Başa düşmürlər ki, sosial partlayışı təkanverici qüvvəsi müxalifət yox, hökumətin anti-xalq siyasətidir. Bu gün müxalifət funksionerlərini həbs etməklə nəticə dəyişməyəcək. Alternativləri sıradan çıxarmaq, narazıların sıradan çıxarılması deyil . Ölkənin müxtəlif yerlərində etiraz edən yüzminlərlə insanı necə həbs edəcəklər? Təşkilatlanmış, dinc mübarizə tərəfdarı olan müxalifətdən fərqli olaraq, əsəbi, nifrətlə dolu xalqın etirazı daha dəhşətlidir. Ölkənin hər yerini etiraz dalğaları bürüyəndə, etirazçıları “erəmnipərəst”, “vətən xaini” adlandırmaq mümkün olmayacaq.
Görünən budur ki, hökumət vətəndaşı məngənəyə salıb və bu məngənin dağıdılması uzaqda deyil. Kütləvi etirazlar artıq qapını döyür və hökumət bu prosesdın sığortalana bilməyəcək. Xalq kütləsinni qarşısında heç bir qüvvə duruş gətirə bilməyəcək. Onsuz da monalit olmayan komanda da, bu etiraza müqavimət göstərmək iqtidarında olmayacaq.
Hökumət heç olmasa uzaq və yaxın tarixdən dərs çıxarmalıdır. AzTv-də cənnət göstərslər də, insanlar cəhənnəmə hər gün öz həyatlarında yaşayırlar. Qazla, işıqla, ərzaqla sınağa çəkilən vətəndaş, bu dəfə sınaqdan dözümsüzlüklə çıxacaq. Bu dözümsüzlüyün qarşısında isə hökumət dözüm gətirə bilməyəcək. Hökumət unutmamalıdır ki, artıq bütün xalq düşüncə etibarilə müxalifətdədir.
Samir