Çətinə düşən kimi milli mentalitet arxasında gizlənənlər utanmadan qadın siyasətçini, AXCP sədrinin müavini Gözəl Bayramlını “bandotdel”ә çağırıblar. Azərbaycan siyasətini bu qədər aşağılamaq lazım deyil. Gözəl Bayramlı mənim müavinimdir. Mənim tapşırıqlarımı yerinə yetirir. Onun siyasi fəaliyyətinə görə mən məsuliyyət daşıyıram. Suallarınız varsa, məni dəvət edin, cavablandırım. Azərbaycanın mübariz, fədakar, vətənsevər xanım siyasətçisindən – Gözəl Bayramlıdan isə əl çəkin!