Hikmət Hacızadə: ” Ola bilər enerji sammitində İlham Əliyev Putinlə görüşüb və belə yardımın göndərilə biləcəyi müzakirə edilib”
Azərbaycanın Suriyaya humanitar yardım göndərməsi barədə məlumat yoxdur.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov deyib.
Onun sözlərinə görə, təmsil etdiyi quruma bu məsələ ilə bağlı hər hansı məlumat daxil olmayıb: “Azərbaycanın hər hansı ölkəyə yardım göndərməsi üçün Nazirlər Kabineti qərar qəbul etməlidir. Bundan sonra Fövqəladə Hallar Nazirliyi qərarı icra edir. Hələlik bizə belə bir qərar daxil olmayıb”.
Xatırladaq ki, Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov Pekində keçirilən Syanşan Təhlükəsizlik Forumunda Çin, Azərbaycan, Serbiya, Hindistan və Qazaxıstanın Suriyaya humanitar yardım göndərməyi planlaşdırması barədə məlumat verib.
Bəs, belə bir məlumatın dövriyyəyə buraxılması təsadüfidirmi? Azərbaycanın belə bir addımının hansı siyasi nəticələri ola bilər?
Politoloq Hikmət Hacızadə hesab edir ki, bu məlumatın meydana çıxması siyasi proseslərin nəticəsidir.. Ola bilər ki, İstanbulda enerji sammitində İ.Əliyevlə müəyyən danışıqlar aparılıb: “Ola bilər enerji sammitində İlham Əliyev Putinlə görüşüb və Suriyaya belə bir yardımın göndərilə biləcəyi müzakirə edilib. Əgər Azərbaycan belə bir söz veribsə, o zaman yardım Əsədə getməldir. Və ya bu cür müzakirə Ərdoğanla aparılıbsa, o zaman Suriyadakı kərkük türklərinə yardım edilməsi gündəmə gətirilib”.
H.Hacızadə hesab edir ki, bu cür məlumatın Rusiya tərəfindən yayılması Azərbaycanın Rusiaynın təsiri altında olmasını göstərir.
Hikmət