Bu gün Səbail rayon Məhkəməsində vətənə xəyanətdə təqsirləndirilən ilahiyyatçı Ceyhun Cəfərovun barəsində seçilən həbs-qətimkan tədbiri dəyişdirilib.
Bu barədə vəkil Cavad Cavadov məlumat verib.
Vəkil bildirib ki, məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri dəyişdirilərək polisin nəzarəti altına verilmə qərarı seçilib və Ceyhun Cəfərov məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Ceyhun Cəfərova Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. O, keçən il həbs edilmişdi.