Yazıçı Zümrüd Yağmurun bir neçə ay qabaq təqdimatını keçirərək satışa çıxardığı “Ölkə adı:22” romanı qadağan olunub. Bu barədə yazıçının özü feysbuk səhifəsində məlumat paylaşıb.
Z.Yağmurun yazdığına görə, bugünlərdə oxucusu olan bir nəfər ondan bu romanı necə əldə edə biləcəyini soruşub. Yazıçı da kitabın satıldığı mağazaların ünvanını verib. Lakin oxucu yenidən yazçı ilə əlaqə saxlayaraq həmin mağazalarda kitabı tapa bilmədiyini deyib. Bu dəfə mağazalarla yazıçının özü maraqlanıb. Əsərin yayımı ilə məşğul olan şəxs kitab dükanlarına baş çəkərək, yenidən onlara kitab vermək istəyəndə aydın olub ki, əsər satışdan qaldırılıb. Səbəb olaraq da o göstərilib ki, əsərdə siyasi calarlar var və hakimiyyət əleyhinə yazılıb.
Bununla belə, yazıçı qeyd edir ki, əslində bu, gecikmiş addımdır, çünki “Ölkə adı:22” onsuz da satılıb. Əldə az sayda nüsxə qalıb, yəqin ki, onlar da bir şəkildə oxucularına çatacaq.