Sumqayıtda iki fəhlə 5-ci mərtəbədən yıxılıb. Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, Ağsu rayon sakini İsmət Musayev və Ağcabədi rayon sakini Murad Əliyev 5 mərtəbəli binanın damında təmir işləri apararkən yıxılıblar. İ.Musayev hadisə yerində ölüb, M.Əliyev isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (APA)