Dünən ABŞ Mərkəzi Bankı Fed-in sədri Janet Yellen ABŞ Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsində çıxış edib.
“Marja” xəbər verir ki, Yellen çıxışında, ABŞ-da məşğulluğun güclü sürətdə artırmaqda davam edəcəyini bildirib. O, məşğulluq son orta artım sürətinin artıq olduğunu və iqtisadiyyatda həddindən artıq isinməyə yol aça biləcəyini qeyd edib.
Yellen, bankın faiz artırmaq üçün müəyyən bir proqramı olmadığını, ancaq iqtisadiyyatın il sonunda faizin artırılması üçün hazır göründüyünü deyib.
Yellen, ABŞ Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsində Fedin kommersiya banklarına aid tənzimləmələri haqqında təqdimat keçirib.
Yellen iqtisadiyyatın mövcud vəziyyətinin faizin mərhələli şəkildə artırmağa imkan verdiyini və faiz artırımının sabit bir vaxt cədvəlinin olmadığını söyləyib.
Yellen, “İqtisadiyyatın həddən artıq isinməsinə imkan versək, faizi istədiyimizdən daha sürətli artırmaq məcburiyyətində qala bilərik” deyib.
Fed-in Federal Açıq Bazar Komitəsinin (FOMC) üzvlərinin çoxu bu il bir dəfə faiz artırımı gözlədiklərini deyiblər. İqtisadçılar faizin Dekabr ayında artırılacağını gözləyir, çünki Noyabr ayındakı toplantı ABŞ-da Prezident seçkilərinə bir həftə qalmış keçiriləcək və bu toplantıdan sonra mətbuat konfransının keçirilməsi nəzərdə tutulmur.
İnflyasiya hədəfi dəyişdirilməyəcək
Fed sədri Yellen, Fedin 2 faiz inflyasiya hədəfini dəyişdirməyi düşünmədiyini deyib. Həmçinin Yellen, 2 faiz inflyasiyanın “tavan” kimi qəbul edilmədiyini deyərək, Fedin inflyasiyanın hədəfi keçməsinə icazə verə biləcəyi siqnalını verib.
“Həddindən artıq qızmağın qarşısını almaq üçün faiz artırılmalıdır”
Yellen, çıxışının ardından nümayəndələrin suallarını cavablandırıb.Yellen yaxşılaşmaqda davam edən işçi qüvvəsi bazarının 2016-da ayda orta hesabla 180 min nəfərə məşğulluq təmin etdiyini bildirib.
Məşğulluğun mövcud artım sürətinin davam etməsinin iqtisadiyyatın həddən artıq qızmasına səbəb ola biləcəyini ifadə edən Yellen, bunun daha aqressiv addımlar atmağı tələb edə biləcəyini vurğulayıb.
Yellen, həddindən artıq isinmə riskini əngəlləmək üçün maddi dəstəyin mərhələli olaraq qaldırması lazım olduğunu bildirərək “İqtisadiyyat bu ilin sonunda faizin artırılmasına hazır görünür” – deyib.
Qeyd edək ki, adətən Fed faizləri artırdıqda Dollar bahalaşır.