Ekspertə görə, nəticələr təsdiqlənəndən sonra dövlət başçısı seçki keçirilmədən də yeni səlahiyyətlərdən istifadə edə bilər
Sentyabrın 26-da Konstitusiyaya dəyişikliklər edildi və yeni qanun idarəçilikdə tam yeni qaydalar yaradır. Dəyişikliklərdən ən başlıcası İlham Əliyevə yeni səlahiyyətlərin verilməsidir. Sual yaradan məqamlardan biri məhz budur. Konstitusiya dəyişikliklərindən sonra yeni prezident seçkiləri keçirmədən dövlət başçısı vitse-prezident təyin edə, parlamenti buraxa bilərmi?
Bu suallara Hüquqşünas Müzəffər Baxışovla aydınlıq gətirməyə çalışdıq? Əlavə olaraq prezident seçkisi keçirməyə ehtiyacın olmadığını deyən M.Baxışov bildirdi ki, Konstitusiyaya edilən dəyişikliklər Konstitusiya Məhkəməsi tərəfindən təsdiq olunub, mətbuatda çap edidikdən sonra qanuni qüvvəyə minəcək. Bundan sonra hazırkı dövlət başçısı Konstitusiyaya daxil edilən yeni səlahiyyətlərə malik olacaq: «Nəticələr təsdiqlənəndən sonra hazırkı dövlət başçısı İlham Əliyev vitse-prezident təyin edə biləcək. Dövlət başçısının seçilmə müddətinin yeddi il olması yalnız yeni prezidentə şamil olunacaq. Əgər 2018-ci ilə qədər prezident seçkiləri keçirilməsə o zaman yeddi il müddət 2 il sonra seçiləcək prezidentə şamil ediləcək».
Parlamentin fəaliyyətinə gəlincə isə, M.Baxışov bildirdi ki, Milli Məclisə təhlükə var. Çünki artıq dövlət başçısı istədiyi zaman parlamenti buraxa bilər.
Xəyal