Dünyanın nəhəng maliyyə xidmətləri şirkəti olan Goldman Sachs Group Inc. dördüncü rübə dair neft proqnozunu 43 dollar səviyyəsinə endirib. Şirkətin əvvəlki proqnozu 50 dollar idi.
Goldman analitiklərinin Çərşənbə Axşamı günü yaydıqları məlumata əsasən, neft hasilatı tələbi dördüncü rübdə 400,000 barel aşacaq. Bankın əvvəlki proqnozunda, sözügedən artıq 300,000 barel səviyyəsində olacağı istiqamətində idi.
Goldman analitikləri, “Neftdə əsas göstəricilərə dair yaxşılaşmalar üçüncü rübdə dayandı. Ehtiyatlar dördüncü rübdə artmağa hazırlaşır; Bu daha əvvəl gözlədiyimizdən daha zəif bir mənzərədir” deyə bildiriblər.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Əlcəzairdə bu gün keçiriləcək qeyri-rəsmi görüşə də yer verilən hesabatda deyilir:
Potensiaı bir razılaşma, qısa dövrdə neft qiymətlərini dəstəkləyə bilər. Ancaq, razılaşmaya dair qeyri-müəyyənliklər hələ də davam edir”.