Göygöl rayonunda toy maşın karvanı qəzaya uğrayıb.
Rayonun Yeni Qızılca kəndində toy karvanında hərəkət edən “Niva” markalı avtomobil “VAZ 2107” markalı avtomobilə toqquşub.
Qəza nəticəsində 1 nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır. (apa)