AXCP Binəqədi rayon şöbəsinin fəalı Elçin Dəmirov zorla polisə aparılıb. Şöbədən verilən məlumata görə, Elçin Dəmirov Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə aparılıb. Şöbədən onu da bildirdilər ki, Elçin Dəmirovun yaşadığı evə gələn Seyfəddin adlı və digər iki polis əməkdaşı AXCP fəalının ailəsinə təzyiq edib, onların ünvanına nalayiq ifadələr işlədiblər.